AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
20 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
20 noyabr Ümumdünya Uşaq Hüquqları günüdür:
1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.
20 noyabr Qarakənd faciəsinin il dönümüdür:
Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub.
Hadisə nəticəsində 22 nəfər- dövlət xadimləri və jurnalistlər həlak olublar.
20 noyabr Ağdamın işğaldan azad olunma günüdür:
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.
Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
20 noyabr 1985-ci ildə müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olan “Microsoft Windows 1.0” əməliyyat sistemini bazara çıxarıb:
Qeyd edək ki, Microsoft şirkətinin sahibi Bill Geyts dünyanın ən zəngin adamıdır.