Azedu.az

“Tarixdə bu gün” - İstanbul Universiteti yenidən açıldı

Rubrika

18 Noyabr 2024, 09:10
“Tarixdə bu gün” - İstanbul Universiteti yenidən açıldı

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

18 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

18 noyabr Beynəlxalq İslam İncəsənəti Günüdür:

 

Beynəlxalq İslam İncəsənəti Günü 2019-cu ildə UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında elan edilib və hər il noyabrın 18-də keçirilir. Bu əlamətdar günün keçirilməsi İslam aləmi tarixi və müasir mədəniyyətinin incəsənət vasitəsilə sivilizasiyaya verdiyi töhfələr haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

 

18 noyabr 1933-cü ildə Osmanlı dövründən qalan “Darülfünun” İstanbul universiteti adı altında yenidən açıldı:

 

Yeni universiteti Avropada təhsil almış Türk alimlərilə yanaşı nasistlərdən qaçan 38 yəhudi professora da qapılarını açaraq güclü təhsil kadrı yaratdı.

 

18 noyabr 1868-ci ildə Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis edib.

 

18 noyabr 1928-ci ildə Valt Disneyin “Buxarlı gəmi” adlı ilk səsli sinxronizasiya Miky Maus filmi nümayiş etdirildi.

 

 2000-ci ilin bu günündə Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Emin Sabitoğlu vəfat edib:

 

O, 600-dən artıq mahnının, doqquz musiqili komediyanın müəllifidir. Bəstəkar 40-dək filmə və saysız-hesabsız tamaşalara musiqi bəstələyib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox