AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
16 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür:
Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında (5.61 saylı qətnamə) təsdiq edilib.
Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur.
1920-ci ilin bu günündə Azərbaycan Neft və Kimya İnstitutu təsis olunub:
Bu ali təhsil ocağı hazırda Azərbaycan Neft Akademiyası adlanır.
16 noyabr 1938-ci ildə 10 noyabrında həyata gözlərini yuman Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cansız bədəni İstanbulun Dolmabahçe Sarayında tabuta qoyuldu.
1945-ci il noyabrın 16-da İngiltrənin paytaxtı Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis etdilər.
16 noyabr 1849-ci ildə çar Rusiyası məhkəməsi "Cinayət və cəza" romanının müəllifi, yazıcı Fyodor Dostoyevskiyə “Hökumət əleyhinə hərəkətlərinə görə” maddəsilə ölüm cəzası kəsildi:
Sonradan ölüm cəzasını “kürək cəzası” ilə əvəz etdilər.