AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
15 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
15 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti açılıb:
Universitetin nizamnaməsi AXC parlamenti tərəfindən 1919-cu il sentyabrın 29-da təsdiq edilib. Universitetdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri fəaliyyət göstərib.
15 noyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə əlaqədar referendum keçirilməsi haqqında qərar qəbul edilib:
Referendum 1991-ci il dekabrın 29-da baş tutub.
15 noyabr Beynəlxalq Tütünçəkmədən İmtina Günüdür:
Bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə “31 may – Ümumdünya Tütünsüz Günü” elan edilib. Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı ÜST-nin 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşulub. Tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşması olan bu Konvensiya ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.
15 noyabr Dünya Təkrar Emal Günüdür:
Bu günün başlıca məqsədi hakimiyyət orqanlarının, ictimai və sənaye strukturlarının diqqətini resursların məhdud olması probleminin həllinə, hazır məhsulun dəyərini daha ucuz xammaldan istifadə hesabına ucuzlaşdırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələlərinə cəlb etməkdir.