AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
14 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
14 noyabr Beynəlxalq Loqoped Günüdür:
Xəstələrin həyatında loqopedlərin mühüm rolu nəzərə alınaraq bu beynəlxalq peşə bayramı 2004-cü ildə təsis edilib.
Loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir.
14 noyabr Ümumdünya Diabet Günüdür:
2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.
Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir.
14 noyabr 1944-cü ildə Ahıska Türklәri Stalin rәhbәrliyi tәrәfindәn sürgün edildi:
Buna müqavimәt göstәrәn tәxminәn 24 min Ahıska Türkü öldürüldü.
14 noyabr 1971-ci ildə Mariner 9 kosmik gәmisi Mars planetinin sәthinә eniş edәrәk başqa bir planetin orbitindә dönәn ilk kosmik gәmi ünvanına sahib olub.
14 noyabr 1889-cu ildə ‘’New York World’’ qәzetinin әmәkdaşı Nellie Bly 40 min 71 kilometr davam edәcәk dünya turuna çıxdı:
Nellie Bly sәyahәy zamanı ‘’Dünya әtrafında 80 gün’’ әsәrinin müәllifi Cules Verne ilә tanış olub.