Azedu.az

“Tarixdə bu gün” – Ayda ilk dəfə su aşkar edildi

Rubrika

13 Noyabr 2024, 08:37
“Tarixdə bu gün” – Ayda ilk dəfə su aşkar edildi

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

13 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür:

 

Həmin günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

 

13 noyabr Ümumdünya Xeyirxahlıq Günüdür:

 

Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda açılıb. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Sonralar başqa ölkələr də bu hərəkata qoşuldular.

 

Bu günün rəmzi olan açıq ürəyi Fransa rəssamı Orel yaradıb.

 

Keyko Otaka başda olmaqla bir qrup Yaponiya və ABŞ psixoloqunun Kvansey Qakuin Universitetinin və Kobe kollecinin (Yaponiya) bazasında apardığı araşdırmalara görə, xeyirxah əməllərimizin sayı nə qədər çox olsa, özümüzü bir o qədər xoşbəxt hiss edirik.

 

13 noyabr 1948-ci ildə aktyor, dramaturq Arif Mədətov anadan olub:

 

O, “Qatır Məmməd", "Dərviş Parisi partladır", "O qızı tapın" və s. filmlərdə çəkilib. Pyesləri: "Şeytan", "Sezarın qətli" və s. 

 

13 noyabr 2009-cu ildə NASA Ayın qütb bölgәsindә suyun aşkar edildiyini elan edib. 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox