Azedu.az

“Tarixdə bu gün” - 28 illik həsrətdən sonra Şuşa azad edildi

Rubrika

8 Noyabr 2024, 08:24
“Tarixdə bu gün” - 28 illik həsrətdən sonra Şuşa azad edildi

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

8 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

8 noyabr 2020-ci ildə işğal altında olan Şuşa azad edildi:

 

Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başlayan əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 3 qəsəbə və 215 kənd işğaldan azad edildi.

 

Azad olunan ərazilər arasında Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 23 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalı rayonunun 1 kəndi də yer alır. 

 

Təsadüfi deyil ki, hər ilin 8 noyabrı Azərbaycan xalqı Zəfər Günü kimi qeyd edir.

 

8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür:

 

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib. Hazırda Bakı Metropolitenində 25 stansiya var, onun xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir.

 

8 noyabr 1793-cü ilyə Parisdə dünya şöhrətli Luvr muzeyi açıldı:

 

Muzey 13-cü əsrin əvvəllərində bir qala olaraq tikilib.

 

8 noyabr 1934-cü ildə  ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhurriyyətinin sədri Əlimərdan bəy Topçubaşov vəfat edib.

 

8 noyabr 2000-ci ildə  Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanın Avropa Şurasına dəvət edilməsi haqqında qətnamə qəbul edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox