AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
7 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır?
Qısaca nәzәr salaq.
7 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Vətən müharibəsində bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edib:
Ən başlıcası Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının ümumilikdə 16 kəndini işğaldan azad edib. Bunlar Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndləri idi.
7 noyabr 1665-ci ildə “The London Gazette” mətbuat orqanı nəşrə başlayıb:
Qeyd edək ki, qəzet hələ də dərc olunur.
7 noyabr 1949-cu ildə Bakının Neft Daşları yatağında qazılmış ilk neft quyusu fontan vurdu:
Bununla da dünya neft sənayesinin inkişafında yeni dövr başlandı. Bundan sonra Neft Daşlarına çox mürəkkəb bir şəraitdə 10 kilometrlərlə estakadalar çəkildi, mədən təsərrüfatı yaradıldı və işçilər üçün yaşayış binaları ucaldıldı.
7 noyabr 1917-ci ildə görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Quliyev Bakıda doğulub:
Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1920-ci ildə Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Cabbarova anadan olub:
O, 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.