Azedu.az

“Tarixdə bu gün” - Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır

Rubrika

6 Noyabr 2024, 08:54
“Tarixdə bu gün” - Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

6 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

6 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri müxtəlif intensivliklə Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində əməliyyatları davam etdirib:

 

Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb. Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.

 

6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır:

 

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” deyildi. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

 

6 noyabr 1944-cü ildə ABŞ Hanford Atom Mərkəzində ilk dəfə ortaya plutonam çıxardı:

 

Bu plutonam Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombasının istehsalında istifadə edildi.

 

6 noyabr Azərbaycan metro işçilərinin peşə bayramıdır. 1967-ci ilin bu günü Bakı metropoliteninin birinci növbəsinin 6 stansiyası istifadəyə verilib.

 

6 noyabr 1494-cü ildə Osmanlı imperatoru Qanuni Sultan Süleyman Trabzonda dünyaya gəlib:

 

Sultan Süleyman atası Yavuz Sultan Səlimdən sonra taxta keçən 10-cu Osmanlı padşahıdır və 46 il boyu hakimiyyətdə olub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox