Azedu.az

“Tarixdə bu gün” - Londonda ilk televiziya reklamı...

Rubrika

5 Noyabr 2024, 09:14
“Tarixdə bu gün” - Londonda ilk televiziya reklamı...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

5 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

5 noyabr 2020-ci ildə, Vətən Müharibəsinin 41-ci günündə döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib:

 

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

 

Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.

 

5 noyabr 1930-cu ildə Londonda ilk televiziya reklamı nümayiş etdirilib.

 

5 noyabr 1925-ci ildə türkoloq, filologiya elmləri doktoru Elməddin Əlibəyzadə Oğuz rayonunun Muxas kəndində anadan olub:

 

“Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.

 

5 noyabr 2006-cı ildə II Körfəz müharibəsindən sonra qaçan və Tikrit yaxınlığında saxlanılan İraqın devrilmiş lideri Səddam Hüseyn edam cәzasına mәhkum edilib:

 

Məhkəmə Səddam Hüseynin 1982-ci ildə Duceyl şəhərində 142 şiə iraqlının qәtlә yetirilmәsinә görә mәsuliyyәt daşıdığını bildirib. Səddam Hüseyn mәhkәmәnin qәrarına әsasәn  dekabrın 30-da Bağdadda edam edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox