Azedu.az

“Tarixdə bu gün” - Tələbələr “Yuventus” futbol klubunun əsasını qoyublar

Rubrika

1 Noyabr 2024, 09:20
“Tarixdə bu gün” - Tələbələr “Yuventus” futbol klubunun əsasını qoyublar

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

1 noyabr harada nәlәr baş verb, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq...

 

1 noyabr 2020-ci ildəAzərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində hücumarını davam etdirib:

 

Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi, bir piyadaların döyüş maşını, iki BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.

 

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

 

1 noyabr 1906-cı ildə “Füyuzat” həftəlik ədəbi, elmi, ictimai-siyasi jurnalının ilk nömrəsi işıq üzü görüb:

 

Jurnal 1906-1907-ci illərdə mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Bakıda nəşr olunub.

 

1 noyabr 1946-cı ildə tanınmış rəssam Rais Rəsulzadə anadan olub.

 

O, Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

 

1 noyabr 1897-ci ildə Turin Universitetinin tələbələri İtaliyanın məşhur “Yuventus” futbol klubunun əsasını qoyublar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox