AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
30 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq
30 oktyabr 2020-ci ildə Azərbaycanıın Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini Ermənistanın işğalından azad edib.
30 oktyabr 2017-ci ildə “Dəmir İpək Yolu”, Bakı-Tbilisi-Qars dəmir yolu xətti mərasimlə istifadəyə verildi:
Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkənin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.
30 Oktyabr Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür:
1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kavalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların sözlərini ictimaiyyətə çatdırıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kavalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib.
Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.
30 oktyabr 1905-ci ildə aspirin dərmanı ilk dəfə satışa çıxarılıb. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilən Aspirin 1899-cu ildə patent alıb.
30 oktyabr 1928-ci ildə tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev anadan olub:
“Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1907-ci ildə jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Adil Əfəndiyev anadan olub:
O, Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.