Azedu.az

“Tarixdə bu gün” - Türkiyədə Cümhuriyyət Günüdür

29 Oktyabr 2024, 08:52
“Tarixdə bu gün” - Türkiyədə Cümhuriyyət Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

29 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq

 

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri Zəngəzur rayonunu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal edib:

 

Zəngilanın 707 kvadratkilometrlik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib, 35 min əhali didərgin düşüb. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini şəhid olub. Nəhayət, 44 günlük nəticəsində 2020-ci ilin oktyabr ayının 20-də Zəngilan işğaldan azad olunub. Və 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb.

 

20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

 

29 Oktyabr Türkiyədə Cümhuriyyət Günüdür:

 

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi.

 

Altı əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etdi.

 

Cümhuriyyətin elan edilməsi ilə türk millətinin tarixində yeni bir dövrün qapıları açıldı və “Hakimiyyət qeyd-şərtsiz millətindir” ifadəsi ən bariz şəkildə dövlət idarəçiliyində öz yerini tutdu.

 

Cümhuriyyətin elanından sonra ilk prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.

 

29 oktyabr 1451-ci ildə məşhur dəniz səyyahı, admiral Xristofor Kolumb anadan olub:

 

1492-1496-cı illərdə Hindistana ən qısa dəniz yolunu axtarmaq məqsədilə İspaniya ekspedisiyasına rəhbərlik edib. Xristofor Kolumbun başçılığı ilə 1493-1496, 1498-1500, 1502-1504-cü illər ekspedisiyalarında Böyük Antil, Kiçik Antil adalarının bir hissəsi, həm də Cənubi və Mərkəzi Amerika sahilləri kəşf olunub.

 

29 oktyabr1973-cü ildə İstanbulda Türkiyənin cümhuriyyət elan olunmasının 50 illik yubileyi günündə ölkənin Avropa və Asiya hissələrini birləşdirən Atatürk körpüsünün təntənəli açılış mərasimi keçirildi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox