AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
28 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır?
Qısaca nәzәr salaq...
28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini Ermənistanın işğalından azad edib:
Eyni zamanda Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun mərkəzini, qəsəbə və kəndlərin artilleriya, raket və kasst bombalı silahlarla bombardıman edib.
27 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-i isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı:
Oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
28 oktyabr 1995-ci ildə Bakı metropolitenində terror oldu:
"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldəki terror hadisəsi zamani 289 ölü, 270 nəfər yaralı qeydə alındı. .28 oktyabr 1995 ci il də baş vermiş terror hadisəsi miqyasına görə həmin il üçün dünyanın beşinci ən böyük dəhşətli hadisəsi idi.
28 oktyabr Dünya Cüdo Günüdür:
Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir. Məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) oktyabrın 28-də anadan olduğu üçün bu tarix cüdo günü kimi qeyd olunur.
5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir. Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında parlaq qələbələr qazanıblar.