Azedu.az

“Tarixdə bu gün” - Müstəqilliyimiz bərpa olundu...

18 Oktyabr 2024, 09:00
“Tarixdə bu gün” - Müstəqilliyimiz bərpa olundu...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

18 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyiyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul edib:

 

Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

 

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.

 

18 oktyabr 1922-ci ildə  İngiltərənin BBC mətbuat orqanı quruldu:

 

British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir.

 

BBC Azərbaycanca Xidməti iyayınlarına 1994-cü il noyabrın 30-da başlayıb. Həmin andan bəri BBC Ümumdünya Xidmətinin dalğalarında o vaxtadək eşidilməyən yeni bir radio çağırışı — "Danışır London. Efirdə Bi-Bi-Si-nin Azərbaycan xidmətidir!" səsləndi.

 

18 oktyabr 1967-ci ildə  SSRİ-nin uçurduğu “Venera-4” kosmik gəmisi Veneraya çatdı:

 

“Venera-4” Yer kürəsindən sonra bir planetin atmosferini araşdıran ilk kosmik gəmi sayılır.  

 

18 oktyabr 1926-cı ildə teatr rejissoru, pedaqoq Nəsir Sadıqzadə Şuşada anadan olub:

 

Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü” və s.) çəkilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox