Azedu.az

“Tarixdə bu gün” - 15 oktyabr...

Rubrika

15 Oktyabr 2024, 09:00
“Tarixdə bu gün” - 15 oktyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

15 oktyabrda harada nәlәr baş verb, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

15 oktyabr Ümumdünya Əlyuma Günüdür:

 

Hər il 15 oktyabr Ümumdünya Əl Yuma Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Əl Yuma Tərəfdaşlığı tərəfindən təsis edilib. İlk Ümumdünya Əl Yuma Günü 2008-ci il 15 oktyabrda keçirilib, dünyanın 120 milyondan çox uşağı 70-dən çox ölkədə əllərini sabunla yuyub.

 

Ümumdünya Əl Yuma Günü xəstəliklərin qarşısını almaq və sağlam həyat formalaşdırmaq üçün asan, təsirli və əlverişli bir vasitə olan sabunla əl yuma verdişini insanlara aşılamaq üçün illik ümumdünya məlumatlandırma günüdür.

 

15 oktyabr 2021-ci ildə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu imzalanıb:

 

Qanuna əsasən mayın 28-i Müstəqillik Günü , oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib. 

 

Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilir.

 

15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib.

 

15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür:

 

Bu günün bayram edilməsi BMT tərəfindən irəli sürülmüş və hər il bu bayram müxtəlif mövzular altında qeyd olunur. 

 

Yeri gəlmişkən 16 Oktyabr isə Ümumdünya Ərzaq Günüdür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox