AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
14 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
Vətən müharibəsinin 18-ci günündə (14 oktyabr 2020-ci ildə) Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib:
Bundan başqa gecə və səhər saatlarında Ermənistan işğalçı qüvvələrinin 3 ədəd “Elbrus” raket qurğusunu raketlərlə birlikdə məhv edib. Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.
14 oktyabr Beynəlxalq Standartlaşdırma günüdür:
1946-cı il oktyabrın 14-də 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda toplaşıblar.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən indiyədək bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir.
İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komissiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və digər təşkilatlar da bu əlamətdar günün qeyd edilməsinə xüsusi önəm verirlər.
14 oktyabr 1933-cü ildə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Məmməd Araz anadan olub:
Bədii yaradıcılığa 19 yaşından başlayan şairin həmin vaxtdan onlarla kitabı işıq üzü görüb və məşhurlaşıb.
14 oktyabr Azərbaycanın tanınmış fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin xatirə günüdür:
Müasir Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınan Səttar Bəhlulzadə yaradıcılığının ilk dövrlərində tarixi mövzular yer alır. Rəssam mənzərə janrında daha çox 50-ci illərdən başlayaraq çəkib.
14 oktyabr 1964-cü ildə ABŞ-ıın qara dərili keşişi Martin Lüter Kinqə (Martin Luther King) Nobel Sülh Mükafatı verildi