AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
1 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
1 oktyabr Beynəlxalq Ahıllar Günüdür:
BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günüdür:
Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Azərbaycan Milli Qəhrəmanı Əlyar Əliyev 1957-ci il oktyabrın 1-də Qubadlıda anadan olub:
Yeniyetmə yaşlarında Yunan-Roma güləşi üzrə usta idmançıolan, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlanan gündən Qubadlıda ilk batalyon yaradıb onun komandiri olan, erməni-rus qəsbkarları ilə döyüşlərdə misilsiz rəşadət göstərən Əlyar Əliyev Laçın uğrunda gedən vuruşmada həlak olub.
1 oktyabr 1965-ci ildə şair və qəzəlxan Əliağa Vahid vəfat edib:
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri bu gün də xanəndələrin repertuarında geniş yer tutur.