Azedu.az

“Tarixdə bu gün”- 25 sentyabr necə yadda qalıb?

25 Sentyabr 2024, 08:51
“Tarixdə bu gün”- 25 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

25 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

25 sentyabr Beynəlxalq Əcazçılar Günüdür:

 

Beynəlxalq  Əczaçılar Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation (FIP)) tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilmişdir.

 

25 sentyabr 1804-cü ildə Amerikada ilk insan hüquqları Bəyannaməsi qəbul edildi.

 

25 sentyabr 1970-ci ildə Bakıda Bakmil metrostansiyasının açılışı olub.

 

Azərbaycan hərbçisi, Milli Qəhrəman Sərdar Səfərov 25 sentyabr 1991-ci ildə şəhidlik zirvəsinə ucalıb:

 

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.O,  Kəlbəcər rayonunda dəfn edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox