Azedu.az

“Tarixdə bu gün” - 23 sentyabr necə yadda qalıb?

Rubrika

23 Sentyabr 2024, 09:19
“Tarixdə bu gün” - 23 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

23 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

23 sentyabr Beynəlxalq Jest Dilləri Günüdür:

 

BMT Baş Assambleyasının qərarı ilə bu gün dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.

 

İlk Beynəlxalq Jest Dilləri Günü 2018-ci ildə qeyd olunub. Bu gün həmin gün “Jest dilləri və hamı üçün insan hüquqları” şüarı altında keçirilir.

 

23 sentyabr 1939-cu ildə psixoanalizin banisi Siqmund Freud həyatını itirdi:

 

Ziqmund Freydin tütün asılılığı var idi. O, gün ərzində 20-25 ədəd siqar çəkirdi. O çəkdiyi bu siqarların ucbatından 1923-cü ildə xərçəng xəstəliyinə yaxalanmışdı. Hətta o, ölüm yatağında belə bu vərdişindən vaz keçməyib. 16 il ərzində 33 əməliyyat keçirən Freyd bu dönəmdə gördüyü işi axsatmadı.

 

Vyanadan qaçıb Londona köçən Freyd xəstəliyi ucbatından ağır əziyyət çəkirdi. Freyd həkimindən yüksək dozada morfin və evtanaziya tələb etdi. Qızı Annanın da razılığı ilə həkimin yüksək miqdarda morfin verməsi səbəbindən Ziqmund Freyd 23 sentyabr 1939-cu ildə həyatını itirdi.

 

23 sentyabr 1929-cu ildə  tarixçi, şərqşünas, türkoloq Yusif  Yusifov  doğulub:

 

O, Azərbaycan Pedaqoji Universitetinin professoru olub.

 

23 sentyabr 1969-cu ildə şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə doğulub:

 

O, 20 Yanvar qırğınında şəhid olub

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox