Azedu.az

Bu imtahanlar elektronlaşdırılacaq - SİYAHI 

Rezidentura

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Aprel 2025, 11:57
Bu imtahanlar elektronlaşdırılacaq - SİYAHI 

Bəzi imtahanlar elektronlaşdırılacaq.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün dövlət qulluğuna dair imtahanlar elektron formatda keçirilir. Bu yaxınlarda peşəkar mühasib imtahanı da elektron variantda təqdim olunub. May ayında keçiriləcək peşəkar mühasib imtahanlarının da elektron formatda təşkili nəzərdə tutulur.

Növbəti mərhələdə isə rezidentura imtahanının da elektron formada keçirilməsi planlaşdırılır. Ardınca magistratura imtahanı və Azərbaycan dili – dövlət dili kimi – rus və ingilis dilli məzunlar üçün də elektron formata keçid ediləcək.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox