Azedu.az

DİM rezidentura imtahanına hazırlaşanlara MÜRACİƏT ETDİ

11 İyul 2023, 15:05
DİM rezidentura imtahanına hazırlaşanlara MÜRACİƏT ETDİ

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox