Azedu.az

Rezidenturaya ixtisas seçiminin başa çatmasına az qaldı – SON 2 GÜN

Rezidentura

14 İyul 2018, 10:24
Rezidenturaya ixtisas seçiminin başa çatmasına az qaldı – SON 2 GÜN

Rezidentura imtahanlarının II mərhələsindən də uğurla keçən namizədlərin ixtisas seçimi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququ qazanan namizədlərin qarşısında seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Namizədlərə ixtisas seçimindən əvvəl həkim-mütəxəssis olmaq istədiyi sahə üzrə qısa araşdırma aparmağı, təhsil almaq istədiyi tibb müəssisələrinin tələbləri, maddi-texniki bazası, kadr potensialı, onların elmi fəaliyyət istiqamətləri və s. ilə tanış olmağı tövsiyə edirik. 

İxtisas seçimi iyulun 16-dək davam edəcək. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox