Azedu.az

Qəbul imtahanlarının keçirilmə vaxtı  məlum oldu – DİM açıqladı

24 Dekabr 2019, 11:56
Qəbul imtahanlarının keçirilmə vaxtı  məlum oldu – DİM açıqladı

"Baza fənləri üzrə  mart, aprel aylarında, ixtisas fənləri üzrə imtahanlar isə iyul ayında keçiriləcək.

Baza imtahanlarında III, IV, V, VI  kurs tələbələri iştirak etdiyi halda, ixtisas imtahanlarına yalnız VI  kurs, yəni  tibb təhsilini tamamlamış namizədlər iştirak edə bilər".

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev  rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransında deyib.

O, imtahan qiymətlərində dəyişiklik olmayacağını da vurğulayıb.

Ayşə Müseyib

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox