Azedu.az

Diaqnostik qiymətləndirmə imtahanlarında ötən günün nəticələri – Ən yüksək göstərici

Reportaj

Diaqnostik qiymətləndirmə

27 Dekabr 2019, 13:30
Diaqnostik qiymətləndirmə imtahanlarında ötən günün nəticələri – Ən yüksək göstərici

Dekabrın 26-da keçirilən diaqnostik qiymətləndirilmə imtahanında ümumi təhsil müəssisələrində çalışan 516 psixoloq iştirak edib.

AzEdu.az xəbər verir ki, namizədlər arasında ən yüksək nəticəni (52 bal) Samux şəhər 2 nömrəli tam orta məktəbdə 4 ildir psixoloq vəzifəsində çalışan Aygün Əliyeva əldə edib. Aygün Əliyeva Gəncə Dövlət Universitetində "pedaqogika və psixologiya" ixtisası üzrə təhsil alıb.

 Qeyd edək ki, dekabrın 24-dən etibarən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox