Azedu.az

Repetitorluq: “Bu fəaliyyəti lisenziyalaşdırmaq lazımdır”

Repetitor

3 Oktyabr 2024, 10:48
Repetitorluq: “Bu fəaliyyəti lisenziyalaşdırmaq lazımdır”

Məktəblilərin bir çoxu ali məktəbə qəbul olunmaq üçün repetitor yanına hazırlığa gedirlər. Ancaq bəzən uşaqların həm məktəbə, həm də hazırlığa getməsi vaxt baxımından üst- üstə düşür. Bu zaman isə onlar məktəbdən yayınırlar. Hazırlıq üçün dərsdən qalmağa isə direktorlar icazə vermirlər.

 

Bu çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün nə edilməlidir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlama verib.

146303

 

“Təhsilalanlar dövlət standartları üzrə ümumi təhsil məktəblərində lazım olan proqramları, eləcə də bilik və bacarıqları əldə edə bilmədikdə, alternativ yol kimi repetitora müraciət edirlər.

 

Repetitorluğu yaradan səbəb isə universitetlərə qəbul imtahanlarıdır. Bu imtahanlar insanları repetirorluğa sövq edir.

 

Bu fəaliyyətin ləğv edilməsini istəyiriksə, qəbul sistemində dəyişiklik etməliyik. Digər ölkələrdə olduğu kimi ya Nazirlər Kabineti, ya da Prezident yanında Testologiya İnstitutu yaradılmalıdır. Belə olduğu halda, insititut ümumi təhsil məktəblərində keçirilən proqramlar üzrə suallar hazırlayacaq. Dövlət İmtahan Mərkəzi isə imtahanları keçirib, prosesə nəzarət edəcək və nəticələri yoxlayacaq. Yalnız bundan sonra şagirdlər məktəblərə üz tuta bilərlər”.   

 

Müsahibimiz bildirib ki, repetitorluq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyalaşdırma aparılmalıdır:

 

“İmtahanlarda istifadə olunan test tapşırıqları ilə məktəbdə tədris olunan mövzuların arasında fərqlər var. Buna görə də abituriyentlər repetitor yanına getməyə məcburdurlar.

 

Ümumiyyətlə repetitorluğun qarşısını almaq yox, leqallaşdırmaq lazımdır. Repetitorlar harada gəldi orada hazırlıq keçirlər.

 

Bu gün ümumitəhsil məktəblərində iki uşağın arasında olan xırda problemi valideynlər o dərəcədə ictimailəşdirirlər ki, sanki məktəbi və müəllimi güllələmək lazımdır. Amma əslində bu belə olmalı deyil. Repetitor yanına gedən uşaqların başına nə iş gəldiyini isə heç kim düşünmür. Hətta bu gün heç bir icazəsi, şəraiti olmayan, ayrı-ayrı evlərdə repetitorluq keçən insanlar arasında uşaqlara cinsi zorakılıq və digər tərbiyəsiz hərəkətlər edənlər olur. Valideyn o an uşağını müəllimin yanından çıxarır. Amma heç vaxt bu hadisəni ictimailəşdirmir, onları məhkəməyə, polisə vermirlər.

 

Buna görə də repetitorluğu lisenziyalaşdırmaq lazımdır. Hazırlıq keçmək istəyənlərin psixi, fiziki sağlamlığı qaydasında, repetitorluq etdiyi yer sanitar-gigiyenik şəraitdə, nəzarətdə olan yer olmalıdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox