Azedu.az

Süni İntellekt öyrənməni yenidən formalaşdırır- REKTOR

Rektorlar

2 Noyabr 2025, 13:13
Süni İntellekt öyrənməni yenidən formalaşdırır- REKTOR

"Süni intellekt (AI) artıq yalnız texnologiya deyil, həm də cəmiyyətin, təhsilin və əmək bazarının ayrılmaz bir hissəsinə çevrilməkdədir".

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk qeyd edib.

Onun sözlərinə görə, AI-nin inkişafı öyrənmə anlayışını köklü şəkildə dəyişdirir və onu daha fərdiləşdirilmiş, çevik və davamlı hala gətirir:

Yeni bilik və bacarıqlar əldə etmək prosesi olaraq, insan zəkasının təcrübə və müşahidə yolu ilə formalaşdırdığı bir bacarıqdır. Lakin süni intellekt saniyələr içində minlərlə nümunəni təhlil etmə qabiliyyəti ilə bu prosesi daha sürətli və fərqli şəkildə həyata keçirir".

Rektor qeyd edib ki, süni intellekt təhsilalanların öyrənmə tərzinə, sürətinə və maraqlarına uyğunlaşmaqla təhsili daha əlçatan və effektiv edir:

Bu, öyrənməyə nəzarət imkanı verir və fərdi inkişafı dəstəkləyir. AI ilə əməkdaşlıq şəklində öyrənmənin əhəmiyyətinə də toxunaraq bildirib ki, bu yanaşma həm insan potensialını gücləndirir, həm də yaradıcılığı stimullaşdırır".

Onun fikrincə, süni intellekt dövründə təhsil auditoriyalardan çıxaraq evlərə, iş yerlərinə və geniş ictimai mühitə yayılır:

"Süni intellektlə birlikdə öyrənmək hər kəs üçün əlçatan, maraqlı və effektiv bir gələcək vəd edir. Bu dövr ömürboyu inkişaf və etik məsuliyyətlə müşayiət olunan yeni bir təhsil mərhələsidir.”

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox