Azedu.az

Rektorlar tələbələri belə təbrik etdi...

Rektorlar

Universitetlər

15 Sentyabr 2025, 13:33
Rektorlar tələbələri belə təbrik etdi...

Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik Günü” qeyd olunur.

Universitet rektorları öz feysbuk hesablarında paylaşımlar edərək, tələbələri və professor-müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:

"Yeni tədris ilinin başlanması münasibətilə başda BDU tələbələri olmaqla bütün şagird və tələbələri, müəllim və valideynləri təbrik edirəm.

Bilik gününüz mübarək!".

167824

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"Mingəçevir Dövlət Universitetinin dəyərli professor-müəllim heyəti, əziz tələbə və magistrantları!

15 Sentyabr – Bilik Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, yeni tədris ilinizdə möhkəm can sağlığı, bol uğurlar və böyük nailiyyətlər arzulayıram. 2025/2026-cı tədris ilində Mingəçevir Dövlət Universitetinə 1420 bakalavriat, 166 magistratura və 102 əlavə təhsil üzrə tələbə qəbul olunub. Beləliklə, ümumilikdə 1688 yeni tələbə MDU ailəsinə qoşularaq sıralarımızı daha da genişləndirmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və təhsil strategiyası bu gün də yolumuzu işıqlandırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı, elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı bizə yeni imkanlar açır, MDU-nun da qarşıya qoyduğu hədəflərə inamla irəliləməsinə zəmin yaradır.

Müasir təhsil və inkişaf yolunda atılan hər addım, qazandığımız uğurlar və qarşımızda duran yeni hədəflər bizi daha güclü universitet olmağa yaxınlaşdırır. Vətən Müharibəsində əldə edilən Zəfərin beşinci ildönümünü qeyd etdiyimiz bu dövrdə elm, təhsil və gəncliyin işığı ilə ölkəmizin davamlı inkişafına töhfə vermək hər birimizin ali məqsədidir.Əminəm ki, qarşıdakı illərdə də birlikdə daha böyük uğurlara imza atacaq, MDU-nu həm ölkəmizdə, həm də beynəlxalq elmi mühitdə layiqincə təmsil edəcəyik.

Hər birinizə uğurlu, məhsuldar və yadda qalan bir tədris ili arzulayıram!".

167826

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Əminağa Sadıqov:

"Hörmətli müəllimlər!

Əziz tələbələr!

Bilik bayramınız mübarək!

Yeni tədris iliniz uğurlu olsun!".

167830

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

"Əziz tələbələr, müəllimlər və valideynlər,

Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi ürəkdən təbrik edir, uğurlarla dolu bir il arzulayıram. Ali Məktəbimiz yeni tədris ilinə uğurlarını davam etdirərək yeniliklərlə daxil olur. Bu il də qəbul nəticələrinə görə yüksək göstəricilər əldə etdik, iki yeni ixtisas açdıq, qəbul yerlərimiz tam doldu. Ən yüksək bal toplayan, bilikli və bacarıqlı abituriyentlər bizi seçdilər.

Ötən tədris ilində də tələbə və məzunlarımız qazandıqları uğurlarla bizi qürurlandırdılar.

Əziz tələbələr, yeni dərs ilinin sizə yeni bilik, faydalı təcrübə və nailiyyətlər gətirməsini arzu edirəm. Əminəm ki, hər biriniz peşəkar kadr kimi yetişəcək və uğurlarınızla həm məni, həm də müəllim və valideynlərinizi sevindirəcəksiniz.

Hamınıza uğurlu tədris ili arzulayıram!".

167831

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev:

"Əziz tələbələr, şagirdlər, dəyərli professor-müəllim heyəti, valideyinlər, NDU ailəsi,

Yeni tədris iliniz mübarək!

Ötən tədris ili ölkə təhsili və NDU kollektivi üçün bir sıra mühüm nailiyyətlərlə yadda qaldı.

Ümidvarıq ki, yeni tədris ili strateji hədəflərimizin daha sürətli və keyfiyyətlə icrası ili olacaq. Bu sahədə bütün təhsilverənlərə, təhsilalanlara bol nailiyyət, irəliləyiş, əzm və sağlıq arzu edirəm!

Bilik bayramınız, yeni tədris iliniz mübarək!".

Qarabağ Universitetinin (QU) rektoru Şahin Bayramov:

"15 sentyabr Azərbaycanda Bilik Günüdür!

Qarabağ Universitetinin tələbə və əməkdaşlarını təbrik edirik!

 Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!".

167832

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Əziz UNEC tələbələri, dəyərli müəllimlər və həmkarlar!

Sabah yeni tədris ilinə başlayacağıq. Tətildən sonra yenə universitetimizdə bilik, ümid və gənclik nəfəsi duyulacaq. Hər birinizi yeni dərs ili münasibətilə təbrik edir, möhkəm can sağlığı, böyük qələbələr və uğurlu yol arzulayıram.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində əldə etdiyimiz tarixi Qarabağ Zəfərinin beşinci ildönümünü qeyd edəcəyimiz və UNEC100 Strategiyasının sonuncu beş illik dövrünə qədəm qoyduğumuz bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davam edəcəyik. Birlikdə daha böyük nailiyyətlər qazanacağıq. Beş ildən sonra tarixi Qarabağ Zəfərinin 10 illiyini UNEC artıq 100 yaşlı, müasir və daha güclü universitet kimi qeyd edəcəyinə əminəm!

Hər şey daha da yaxşı olacaq!".

167833

 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox