Xəzər Universitetinə yeni rektor təyin edilib.
Xəzər Universitetindən AzEdu.az-a verilən məlumata əsasən, Raziya İsayeva Rufət qızı universitetin rektor vəzifəsinə təyin olunub.
Raziya İsayeva uzun illər ərzində Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru olaraq fəaliyyət göstərib.
R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. R. İsayeva Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, doktorluq dissertasiyasında postsovet ölkələrində tələbələrin öyrənmə təcrübəsinin təkmilləşdirilməsi yollarını araşdırıb.
Qeyd edək ki, Xəzər Universitetinin keçmiş rektoru İradə Xəlilova istefa verərək, vəzifəsindən ayrılıb.