Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbər strukturlarında xüsusən rektor vəzifəsində çalışan şəxslərin təcrübəsi, yaşı, ixtisas sahəsi və elmi-pedaqoji fəaliyyəti ictimaiyyətin diqqət mərkəzindədir.
Rektorlar yalnız ali məktəblərin idarəedicisi deyil, həm də ölkənin təhsil strategiyasına yön verən əsas simalardandır.
Hazırda Azərbaycanda 50-dən çox ali məktəb fəaliyyət göstərir və hər biri fərqli istiqamət, akademik yanaşma və inkişaf hədəfləri ilə seçilir.
Mövzu ilə bağlı AzEdu.az Azərbaycanın müxtəlif ali məktəblərində rəhbərlik edən rektorların yaşlarını araşdırıb.
Azərbaycandakı ali məktəb rəhbərləri arasında ən yaşlı rektor Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevdir. O, hazırda 91 yaşındadır.
Ən gənc rektor isə Azərbaycan Universitetinə rəhbərlik edən, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevadır. Onun 38 yaşı var.
Digər rektorlar:
Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov - 41 yaş;
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov - 43 yaş;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Canpolad Daanov - 44 yaş;
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov- 45 yaş;
Qarabağ Universitetinin rektoru Şahin Bayramov - 46 yaş;
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov - 46 yaş;
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev- 46 yaş;
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev- 47 yaş;
Azərbaycan Texnologiya Universitetinin rektoru Adil Ömərov - 48 yaş;
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov - 49 yaş;
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov - 51 yaş;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov - 55 yaş;
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli - 58 yaş;
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev - 60 yaş;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova - 61 yaş;
Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov - 63 yaş;
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - 63 yaş;
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov - 63 yaş;
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə - 65 yaş;
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov - 65 yaş;
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev- 65 yaş;
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov- 66 yaş;
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev- 67 yaş;
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov - 72 yaş;
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov - 72 yaş;
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova - 72 yaş;
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov - 74 yaş;
Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev- 74 yaş;
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli - 78 yaş;
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev - 75 yaş;
Xəzər Universitetinin rektoru Məhəmməd Nuriyev - 79 yaş;
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev - 79 yaş;
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov - 82 yaş;
ADA Universitetinin rektoru Hafiz Paşayev - 84 yaş.