Azedu.az

Rektorlar haqqında nə bilirik?- Anar Eminov...

Rektorlar

Xəbərlər

Universitetlər

9 İyun 2025, 15:39
Rektorlar haqqında nə bilirik?- Anar Eminov...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

 

Araşdırmamızda bu dəfə Mingəçevir Dövlət Universiteti var.

 

Bu ali təhsil müəssisəsinə hazırda Anar Eminov rəhbərlik edir.

 

Anar Nazim oğlu Eminov 1992–1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil almışdır. 1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq ticarət" ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Təhsilini Türkiyədə davam etdirərək, 2003–2004-cü illərdə Egey Universitetində, 2004–2006-cı illərdə isə Doqquz Eylül Universitetində magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisasına yiyələnmişdir.

2006–2010-cu illərdə Qərb Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almış, 2006–2007-ci illərdə isə Beynəlxalq Ticarət İnstitutunun "Elektron ticarət" ixtisasını distant formada tamamlamışdır.

2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru təyin olunmuşdur. 2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra isə Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

2025-ci ildə London Universitetində "Menecerin əsas idarəetmə alətləri" istiqaməti üzrə kursu bitirmişdir. 9 aprel 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Anar Eminov 2012-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2016-cı ildə isə dosent elmi adını almışdır. O, sosial sahələrə yönəldilmiş investisiya layihələrinin effektivliyi mövzusunda tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.

 

2 aydır ki,  Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox