Azedu.az

Şimal-qərb bölgəsində yeni tədris ilində 80 677 şagird təhsil alacaq

Region təhsili

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

15 Sentyabr 2025, 10:13
Şimal-qərb bölgəsində yeni tədris ilində 80 677 şagird təhsil alacaq

‎2025–2026-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 80 min 677 şagird təhsil alacaq. O cümlədən, I sinifdə 6 min 714, IX sinifdə 7 min 996, XI sinifdə isə 6 min 156 şagirdin təhsil alması gözlənilir.

İdarədən AzEdu.az-a bildirilib ki, şimal-qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7 min 220 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 5 min 205-ə yaxın beşyaşlı uşaq cəlb olunacaq.

‎‎2024-2025-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 min 379 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 1395 tərbiyəçi-müəllim çalışacaq.

‎‎Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar olmaqla, ümumilikdə, 568 təhsil müəssisəsi fəaliyyət göstərir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox