Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını mütəmadi olaraq ictimaiyyətə təqdim edir.
Bu dəfə yüksək bal toplayanların siyahısı üçün Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əlizadə Sürəyya Münasib qızı I ixtisas qrupu üzrə 690 toplayaraq region üzrə ən yüksək nəticəni əldə edib.
Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin məzunu Səfərova Aysel Eldəniz qızı - IV ixtisas qrupu üzrə 685,1 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu İsmayılov Fərid Zaur oğlu - IV ixtisas qrupu üzrə 685 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu Zeynallı Rəvan Rasət oğlu - I ixtisas qrupu üzrə 683 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu Həsənova Aytən Cavid qızı - I ixtisas qrupu üzrə 682 bal;
İmişli rayonu Habil Namazov adına Boşçalılar kənd tam orta ümumtəhsil məktəbin məzunu Gündüz Mirzəzadə Fariz oğlu - III ixtisas qrupu üzrə 681,1 bal;
Beyləqan rayonu Sirac Mehdiyev adına Yuxarı Aran qəsəbə tam orta ümumtəhsil məktəbin məzunu Hacıyeva Əminə Elgün qızı - I ixtisas qrupu üzrə 681 bal.