Azedu.az

Yeni tədris ilində Naxçıvanda bir məktəb istifadəyə veriləcək

Region təhsili

19 Avqust 2025, 10:48
Yeni tədris ilində Naxçıvanda bir məktəb istifadəyə veriləcək

Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasında Babək rayonu, Hacıvar kənd tam orta məktəbi istifadəyə veriləcək. 

AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə MR-in Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Hazırda 456 şagird yerlik binada inşaat işləri tamamlanmaq üzrədir. İki mərtəbədən ibarət binada 26 sinif otağı, STEAM, hərbi hazırlıq, kimya, biologiya və fizika kabinetləri, kompüter otaqları, kitabxana, yeməkxana, idman zalı və açıq idman qurğuları yaradılıb. 

Məktəbdə peşə təmayüllü siniflərin, xarici dil kabinetinin və akt zalının da yaradılması nəzərdə tutulur. 1,83 hektar ərazidə inşa olunan bina 3 əsas və 1 köməkçi korpusdan ibarətdir.

Qeyd edək ki, Babək rayonunun Nehrəm qəsəbəsində də yarımçıq qalmış məktəbin tamamlanması işləri davam edir. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir.

Qıvraq qəsəbəsində isə yeni məktəbin binasının layihələndirilməsi işləri aparılır. 

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox