Mərkəzi Aran regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Mingəçevir şəhəri üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1167 şagird bitirib və onların 1164 nəfəri buraxılış imtahanında iştirak edib.
Şəhərin məzunlarının 147 nəfəri 500-dən, o cümlədən 46 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.
Yevlax rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1012 şagird bitirib və onların 1004 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 57 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 8 saylı şəhər, Aran qəsəbə 2 saylı və Salahlı kənd tam orta məktəblərini qeyd etmək olar.
Ağdaş rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 794 şagird bitirib və onların 789 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 37 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu məktəblərdən İ.Həsənov adına Yuxarı Nemətabad kənd və N.Maqsudov adına Tofiqi kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Zərdab rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 479 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 21 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbi daxil olub.
Ucar rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 614 şagird bitirib və onların 613 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 20 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Lək kənd 1 saylı tam orta məktəbini qeyd etmək olar.
Göyçay rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 984 şagird bitirib və onların 980 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 86 nəfəri 500-dən, o cümlədən 28 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 və 9 saylı şəhər tam orta məktəblərini qeyd etmək olar.
Kürdəmir rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1004 şagird bitirib və onların 994 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 54 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər və Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəblərini qeyd etmək olar.