Azedu.az

Şimal-qərb bölgəsi üzrə bu qədər şagird MƏZUN OLACAQ

Region təhsili

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

13 İyun 2025, 10:10
Şimal-qərb bölgəsi üzrə bu qədər şagird MƏZUN OLACAQ

Xəbər verdiyimiz kimi, sabah 116 222 nəfər şagird XI sinfi bitirir.

 

Bəs, görəsən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində neçə şagird I, IX və XI sinfi bitərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

 

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şimal-qərb bölgəsində buraxılış siniflərini 13858 şagird bitirir:

 

"2024-2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 6886 nəfər, IX siniflərini 8058 nəfər, XI siniflərini 5800 nəfər şagird bitirir.

 

Cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 87643 şagird təhsil alır.

 

İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 10818 müəllim fəaliyyət göstərir.

 

2024-2025-ci tədris ilində şimal-qərb region üzrə .283 ümumi təhsil məktəbində fəaliyyət göstərən 367 məktəbəhazırlıq qrupuna 5794 uşaq cəlb olunub.

 

Qeyd edək ki, Şəki- Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumtəhsil müəssisəsi, 205 məktəbəqədər təhsil müəssisəsi, 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir".

 

Xatırladaq ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox