Azedu.az

Regional idarə yol qəzasında dünyasını dəyişən müəllimin ailəsinə başsağlığı verib

Region təhsili

Qazax-Tovuz Regional Təhsil İdarəsi

11 İyun 2025, 16:07
Regional idarə yol qəzasında dünyasını dəyişən müəllimin ailəsinə başsağlığı verib

Qazax-Tovuz Regional Təhsil İdarəsi yol qəzasında dünyasını dəyişən müəllimin ailəsinə başsağlığı verib.

AzEdu.az xəbər verir ki, başsağlığında deyilir:

"Qazax-Tovuz Regional Təhsil İdarəsi olaraq iyunun 11-də Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişmiş Şəmkir rayonu Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Həqiqət İsmayılovanın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə başsağlığı veririk. 

Qəza zamanı xəsarət alan həmin məktəbin rus dili müəllimi Şəbnəm Hüseynovaya isə Allahdan şəfa diləyirik".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox