Azedu.az

Göygöldə Əmək Forumu keçirilib

Region təhsili

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

30 Aprel 2025, 12:22
Göygöldə Əmək Forumu keçirilib

Göygöldə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Layiqli Əmək Forumu keçirilib.


AzEdu.az xəbər verir ki, forumun keçirilməsində məqsəd iş yerlərində əməyin mühafizəsi və işçi təhlükəsizliyi sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, əmək şəraitinin yaxşılaşdırılmasına dair strategiyalar hazırlamaq,  o cümlədən işçi təhlükəsizliyinin vəziyyətini araşdırmaqla layiqli əməyin təmin edilməsi istiqamətində təkliflər hazırlamaqdan ibarətdir. 


Foruma dəvət olunan iştirakçılara forum materialları təqdim olunub.


Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Forumda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşı Abbas Abbasov, Beynəlxalq Əmək Təşkilatının beynəlxalq səviyyəli ustad təlimçisi Azad Rəhimov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, o cümlədən Göygöl rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və ilk Həmkarlar Təşkilatlarının sədrləri iştirak edib.


İlk olaraq Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşı Abbas Abbasovun Göygöl rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyinin vəziyyəti barədə çıxışı dinlənilib.


Daha sonra forum öz işini panel iclasında spikerlərin maraqlı müzakirəsi ilə davam etdirib.
Maraqlı müzakirələr zamanı dəyərli spikerlər layiqli əmək, əməyin mühafizəsi, işçilər üçün təhlükəsiz iş şəraitinin təmin edilməsi barədə moderatorun və forum iştirakçılarının suallarını cavablandırıb.
İştirakçılar üçün çay fasiləsi təşkil olunub.


Forumun yekununda əməyin mühafizəsi ilə bağlı mühüm ekspertlərin hazırladığı vahid qaydaların təhsil müəssisələrinin rəhbərlərinə təqdim edilməsi və icrasına ictimai nəzarət barədə mühüm addımlar atılıb.
Növbəti il aprel ayının sonunda Beynəlxalq Əmək Təşkilatının təsis etdiyi “Əməyin Mühafizəsi” gününün qeyd edilməsi təklif olunub.


Forumun sonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin işində aktiv fəaliyyətinə görə seçilən ilk Həmkarlar Komitəsinin sədrləri təşəkkürnamə ilə təltif edilib.

 

Rusiya Belarusa ordu yığır - Dəhşətli hücum başlayır?
Son xəbərlərDaha çox