Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Rubrikaya Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən Riyaziyyat müəllimlərindən başladıq.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:
1.Murad Şabanov- Balakən rayon Roşəhməd kənd ümumi orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
2. Nəzakət Bağırova - Şəki şəhər 7 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
3. Mehriban Süleymanova -Şəki şəhər 11 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
4.Leyla Yusubova- Zaqatala rayon Çobankol kənd İ.Kərimov adına tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibədən isə 40 bal toplayıb;
5.Aynur Osmanova- Zaqatala rayon Kebeloba kənd ümumi orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibədən isə 40 bal toplayıb.
6.Nəfsət Haxova-Balakən rayon Qaysa kənd tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 39 bal toplayıb;
7.Gülmirə Yusifova- Qəbələ rayon Mıxlıqovaq kənd F.Həmidov adına tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
8. Gülnarə Həsənova- Oğuz rayon Böyük Söyüdlü kənd tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
9. Dilşad Əliyeva -Oğuz rayon Böyük Söyüdlü kənd tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
10. Günel Heydərova- Qax rayon Cəlayir kənd İ.İbrahimov adına tam orta məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplayıb.