Azedu.az

Quba-Xaçmaz regionu üzrə “Sertifikasiyanın liderləri”- Riyaziyyat fənnindən ilk 10-luq

Region təhsili

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Sertifikasiya

21 Fevral 2025, 09:55
Quba-Xaçmaz regionu üzrə “Sertifikasiyanın liderləri”- Riyaziyyat fənnindən ilk 10-luq

Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.

 

AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən Riyaziyyat müəllimlərini təqdim edirik.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:

 

1.Sevda Əhmədova- Quba rayon Zizik kənd Əliheydər Rüstəmov adına tam orta məktəbinin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;

155296

2. Ulduz Namazova- Xaçmaz rayon Xudat şəhər 4 nömrəli məktəb-liseyin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;

155297

3. Ülkər Hüseynova -Xaçmaz Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibədən isə 40 bal toplayıb;

155298

4.Pərvanə Sultanova- Quba rayon Rustov kənd tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 35 bal toplayıb;

155299

5.Aygün Məhərrəmova- Quba rayon Qaraçay kənd tam orta məktəbin müəllimi test mərhələsindən 59 bal, müsahibədən isə 38 bal toplayıb;

155300

6.Mehriban Talıbova- Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 37 bal toplayıb;

155301

7.Xəyalə Məcidova- Qusar rayon Bədişqala kənd tam orta məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 36 bal toplayıb;

155302

8.Elnar Ulubəyov-Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 30 bal toplayıb;

155303

9. Elşən Nemətov-Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 57 bal, müsahibə mərhələsindən isə 32 bal toplayıb;

155305

10. Ülviyyə Muradova- Siyəzən şəhər Şirin İsmayılov adına 3 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 57, müsahibə mərhələsindən isə 37 bal toplayıb.

155306

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox