Azedu.az

Qarabağ Universitetində Tibb fakültəsi AÇILACAQ

Region təhsili

6 Fevral 2025, 15:34
Qarabağ Universitetində Tibb fakültəsi AÇILACAQ

Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin açılması planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır.

Nazir bildirib ki, Xankəndidə olan xəstəxananın bazasında tibb fakültəsinin olması istiqamətində işlər görülür.

O xatırladıb ki, hazırda universitetdə 1100 tələbə təhsil alır: "Növbəti mərhələdə 1500 tələbənin təhsili nəzərdə tutulur. Gələcək illərdə orada 10 -12 min tələbə olacaq".

Nikolun qapalı iclası - İlham Əliyev kəndləri tələb edir - Xəbəriniz Var?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox