Qış mövsümü öncəsi regionda fəaliyyət göstərən təhsil müəssisələrinin istilik təminatı tam şəkildə təmin olunub.
AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, regional təhsil idarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 273-ü odun sobaları, 218-i təbii qaz, 57-si dizel, 37-si isə elektrik ilə işləyən istilik sistemi ilə qızdırılır.
Təhsil müəssisələrinin istiliklə təmin olunması üçün bütün növlərdə istilik sistemi quraşdırılıb və dəstəklənir. Bu, regionda bütün təhsil müəssisələrinin qış mövsümündə istiliklə təmin edildiyini göstərir və təhsil prosesinin fasiləsiz və rahat şəraitdə davam etməsini təmin edir.