Azedu.az

Quba-Xaçmaz regionunun şagirdləri bu universitetlərdə OXUYUR

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

25 İyun 2025, 09:52
Quba-Xaçmaz regionunun şagirdləri bu universitetlərdə OXUYUR

Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.

Maraqlıdır, Quba-Xaçmaz regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Xaçmaz şəhəri üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitinə qəbul olub.

Quba rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitinə qəbul olub.

Qusar rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitinə qəbul olub.

Siyəzən rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft Sənaye Universitetinə qəbul olub.

Şabran rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitinə qəbul olub.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox