Azedu.az

Quba-Xaçmaz regionu üzrə RFO MEDALÇILARI

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

9 May 2025, 12:10
Quba-Xaçmaz regionu üzrə RFO MEDALÇILARI

Respublika Fənn Olimpiadasında 1 şagird qızıl medala layiq görülüb.

 

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional İdarədən məlumat verilib.

 

İdardən bildirilib ki, Qusar rayonu Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Qəhrəman Məlikov coğrafiya fənnindən Respublika fənn olimpiadasında qızıl medala layiq görülüb.

 

Həmçinin Respublika fənn olimpiadasının (RFO) nəticələrinə əsasən Azərbaycan dili və ədəbiyyat fənnindən 2, coğrafiya fənnindən isə 6 nəfər şagird bürünc medala layiq görülüb.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox