Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.
Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, 1 oktyabr 2024-cü il tarixində saat 16:00 radələrində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
10:59
Xaçmaz rayonunda şagird sinif yoldaşını bıçaqlayıb.
AzEdu.az xəbər verir ki, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Orucov Kənan Taryel oğlu öz sinif yoldaşı Nəsrullayev Ayxan Fuad oğlu tərəfindən bıçaqlanıb.
T.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, vəziyyəti kafi olaraq qalır.