Azedu.az

Bu regionun 247 məzunu qırmızı attestat ALDI

Qazax-Tovuz Regional Təhsil İdarəsi

4 İyul 2025, 14:13
Bu regionun 247 məzunu qırmızı attestat ALDI

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 247 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarədən məlumat verilib.

İdarədən bildirilib ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Qeyd edək ki, məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox