Qazax-Tovuz regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Ağstafa rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 756 şagird bitirib və onların 755 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 68 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Texniki-humanitar təmayüllü lisey və X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbini qeyd etmək olar.
Gədəbəy rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 768 şagird bitirib və onların 763 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 67 nəfəri 500-dən, o cümlədən 19 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Çiçəkli kənd və İnəkboğan kənd tam orta məktəblərini qeyd etmək olar.
Qazax rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 905 şagird bitirib və onların 900 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 67 nəfəri 500-dən, o cümlədən 24 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.
Şəmkir rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1898 şagird bitirib və onların 1871 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 106 nəfəri 500-dən, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə və Rizvan Pirnəzərov adına Çənlibel kənd tam orta məktəblərini qeyd etmək olar.
Tovuz rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1632 şagird bitirib və onların 1628 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 128 nəfəri 500-dən, o cümlədən 44 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında X.Cəfərov adına Çatax kənd və İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəblərini qeyd etmək olar.