Azedu.az

Ağstafa məktəbliləri “Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk” TƏDBİRİNDƏ

Qazax-Tovuz Regional Təhsil İdarəsi

24 Aprel 2025, 14:38
Ağstafa məktəbliləri “Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk” TƏDBİRİNDƏ

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk" adlı tədbir keçirilib.

Bu barədə Qazax-Tovuz Regional İdarəsindən AzEdu.az-a bildirilib. 


Qeyd olunub ki, tədbirdə şagirdlər Azərbaycan və Türkiyənin Suverenliyini əks etdirən kompozisiyalarla çıxış ediblər. Mahnılar ifa edib, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. 

Eyni zamanda Türkiyənin Denizli vilayətini Sarayköy ilçəsinin Tosunlar məktəbilə telekörpü yaradılıb. 23 aprel tarixinə təsadüf edən tədbirdə qardaş Türkiyənin "23 aprel Milli Suverenlik və Uşaq Bayramı" da təbrik edilib. Azərbaycan və Türkiyənin iki dövlət bir millət olması vurğulanıb.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox