Azedu.az

Ağstafa məktəbində yaranmış elektrik problemi aradan qaldırılır

23 Aprel 2025, 09:51
Ağstafa məktəbində yaranmış elektrik problemi aradan qaldırılır

Ağstafa rayonunun Qaçaq Kərəm kənd tam orta məktəbində elektriklə bağlı problemə aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yaranıb və təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.

Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox