Azedu.az

Qarabağ regionu üzrə bu qədər gənc müəllim İŞLƏYİR - RƏSMİ

Qarabağ Regional Təhsil İdarəsi

Müəllimlər və elm adamları

23 Oktyabr 2025, 09:18
Qarabağ regionu üzrə bu qədər gənc müəllim İŞLƏYİR - RƏSMİ

Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumtəhsil məktəblərdə yaş həddi 25-30 arasında olan ümumilikdə 1396 müəllim fəaliyyət göstərir:

"Belə ki, onlardan ən çox riyaziyyat (12 nəfər), 2-ci yerdə informatika (116 nəfər), 3-ü yerdə isə Azərbaycan dili və ədəbiyyatı müəllimi yer alır (113 nəfər). 1396 müəllimdən 187 kişi, 1209-u isə qadın müəllimidir".

Qeyd edək ki, 2024/2025-ci tədris ilinə olan statistikaya görə, Azərbaycanda təxminən 120 633 təhsilverən fəaliyyət göstərir. 

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox